fbpx

Hamilə korsetlərinin zərərləri

GettyImages-144133051-58d2c73d3df78c516219190d

Hamilə xanımlar qarın və beldə kəskin ağrılar hiss etdikdə, ağrıları minimuma endirmək üçün hamilə korseti istifadə edirlər. Xanımların əksəriyyəti hamilə korsetini adətən daha zərif görünmək üçün almaqlarına baxmayaraq, korsetlər zərif göstərmək funskiyasından əlavə, sağlamlıq üçün də istifadə edilə bilən məhsullar sırasındadır. İki çeşid korset arasında fərqlərin çoxluğu əsasən hamilə korsetlərində özünü göstərir. Elastik və hava keçirən parçadan hazırlanan, özəl testlərdən keçirilərək istehsal edilən korsetlər, anaya və körpəyə heç bir zərər vermir. Qarın altını dəstəkləyən məhsul, kürək və bel ağrılarını azaltmaqda effektiv rol oynayır.

 

Hamilə korsetlərinin faydaları və zərərləri nələrdir?

Hamilə korseti zərərli bir məhsul olaraq qeyd edilməsə də, düzgün istifadə edilmədikdə hər bir məhsul kimi zərərli bir materiala çevrilə bilir. Bu dövrdə xanımların korseti yaxınların və ya ailəsinin məsləhəti ilə istifadə etməsi yolverilməzdir. Davamlı olaraq müayinə olunduqları həkim tövsiyə etdiyi zaman istifadə edilməsi məqsədə uyğundur. Həmçinin əks təsir yaranmamsı üçün doğru ölçü seçilməlidir. Əgər xanımlar, daha incə görünmək üçün olduğundan daha kiçik ölçüdə korset istifadə edirsə, bu zaman çox ciddi problemlər yarana bilər. Doğru seçim etdikdə isə qarın altını dəstəkləyən məhsul, kürək və bel ağrılarını minimuma endirməkdə effektiv rol oynayacaq.

 

İstifadə edərkən nələrə diqqət etməli?

Korset alarkən və ya istifadə edərkən diqqət edilməli məqamlar var ki, bəziləri bütün korset çeşidlərinə aid olsa da bəziləri yalnız hamilə korsetləri üçün uyğundur. İlk xəbərdarlıq – hər zaman doğru ölçüdə korset alın! Çox böyük bir basqı yaratması və təkcə qarın altına dəstək olması mütləqdir. Bununla bərabər korsetin geniş olan hissəsini qarın alt hissəsinə ən yaxşı formada yeləşməsi çox önəmlidir. Həkim nəzarətində istifadəsi və hər kəs üçün uyğun olan korsetin satın alınaraq istifadəyə başlaması vacibdir. İstənilməyən bir təsir ilə qarşı-qarşıya qaldıqda həkimə müraciət mütləqdir.

 

Hamilə korseti yuyula bilirmi?

Bu korsetləri uzun müddət istifadə edən xanımlar, korsetlərin yuyulub-yuyulmayacağını öyrənmək istəyirlər. Korsetlər paltaryuyan maşınlarda yuyulmayan məhsullardır. Xanımların məhsulu əldə yuması və qurudaraq istifadə etməsi vacibdir. Soyuq suda yuyulan korsetlər daha sonra qurudulduqdan sonra ütülənmədən istifadə edilməlidir. Qurudan zaman korsetin asılmaması, düz bir yerə sərərərək qurutmaq vacibdir. Xanımlar korseti yumazdan əvvəl  keçirici (qarmaq) hissələrini düzgün formada tənzimləməlidir. Əks təqdirdə korsetin həmin hissələrində yırtıqlar əmələ gələ bilər.

Hamilə korseti son dərəcə asanlıqla istifadə edilən və çətin dövrdə xanımlara ən yaxşı dəstək olan məhsullardan biridir. Bmed mağazasında satışda olan məhsulu əldə etmək üçün səbətə əlavə et butonuna basıb sifarişi tamamlamağınız kifayətdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir